Faik Sönmez

1950-ci ildə sifarişlə işləməyə başlayan Faik Sönmez, qısa vaxtda İstanbulun ən məşhur qadın dərzisinə çevrilir və 1972-ci ildə tikiş və qəlib bilgilərini eyni ustalıqla geyimlərə köçür.  20 ildən çox müddətdə topladığı təcrübəylə Türk qadının ölçülərinə uyğun qəliblər hazırlayaraq, hər bir şəxsə uyğun dizayn edilmiş qədər rahat geyimləri, xüsusi tikiş texnikasını və keyfiyyətli parçanı münasib qiymətlə təqdim edir. "Faik Sönmez"-də dəyişiklik 64 ildir davam etsə də, keyfiyyət anlayışı hər zaman eyni olaraq qalır.

“Faik Sönmez”də işlər hər yeni sezon üçün bir il öncədən başlayır. Hər sezon 35 000 parça araşdırılır, 1000 çeşit parça detallı olaraq sınanır və hər kolleksiyada təxminən 150 çeşid parça istifadə olunur. 6 ay öncədən başlayaraq 1000 ətrafında nümunə tikilir və sonda seçilərək 400 model saxlanılır.

 “Faik Sönmez” 64 illik təcrübəsi ilə 40 və ondan böyük bədən ölçülü qadınların modanı özlərinə uyğunlaşdırıb, içində özlərini xoşbəxt və “trendi” hiss edə biləcəkləri, günün cizgilərini daşıyan modelləri istehsal edir. Brend bilir ki, böyük bədən geyimlərdə də bir çox seçim olmalıdır və böyük bədən qadınlar bədənlərini gizlədən adi geyimlərlə deyil, düşünülmüş, üzərində çalışılmış və sevərək hazırlanmış geyimlərə sahib ola bilməlidirlər.

Ən son trendlər və canlı rənglər, geyim ölçüsü qayğısı olmadan hər zaman “Faik Sönmez”də.

Unutmayın: Xoşbəxtliyin bədən ölçüsü yoxdur.

 

 

Əlaqə vasitələri

Hüseyn Cavid pr. 40D                                                              Səməd Vurğun küç. 13

(+994 12) 538 42 80; (+994 55) 209 38 13                            (+994 12) 493 60 35; (+994 55) 209 38 06

 

Metropark A.V.M 3-cü mərtəbə                                            Aura Park A.V.M (Gəncə şəhəri)

(+994 12) 566 36 65; (+994 55) 209 38 08                           

www.faiksonmez.com

 

 

Bizi sosyal mediyada izləyin