Marina Yachting

O, bütün dünyada məşhurdur. O - moda gecələrinin əvəzolunmaz iştirakçısıdır. O - sadə və eleqantdır. Təqdim etməyə icazə verin - cazibədar və təkrar olunmaz "Marina Yachting" !!!
İtalyan stili, dağınıq eleqantlıq, idman xarakteri və yüksək keyfiyyətli iş - “Marina Yachting” brendini ən yaxşı xarakterizə edən sözlərdir. Amma ən önəmlisi odur ki, senyor Nikolo Qavinonun 1872-ci ildə əsasını qoyduğu brend öz ənənələrinə sadiq qalmaqla yanaşı, ən son dəb tendensiyalarını da diqqətində saxlayır. 

Loqotipindəki zolaqlı yelkənlə tanınan brend 25-50 yaş arası qadın və kişilər üçün iki mövsümdə (yaz-yay və payız-qış) kolleksiya təqdim edir və əsas şərti də belədir: şirkətin müştərisi hökmən dənizi sevməli, yüksək keyfiyyətli biçim və eleqant geyim aramalıdır. 

 

“Marina Yachting” parçaları teflonla emal edir. Bu, parçaların su və ləkədən maksimal müdafiəsini təmin edir, eyni zamanda onun nəfəs almasına şərait yaradır. Şirkət həm də qarışıq pambıq və polipropilen parçadan da geyimlər hazırlayır və belə geyimləri ütüləmək lazım deyil. Detallar kifayət qədərdir və bütün bu nou-hau geyimlərin istər istifadəsində, istərsə də saxlanmasında maksimal komfortu təmin etməyə yönəlib. 

“Marina Yachting”-in mövzuları tez-tez yenilənən kolleksiyaları ən fərqli müştərilərin belə zövqünü oxşaya bilir. Klassiksiz? O zaman “Archivio” kolleksiyası sizin üçündür. İdman və gənclik mövzusunu sevənlər üçün xüsusi “Macrologo” kolleksiyası hazırlanıb. “Banchina” xəttini isə “casual” stilində gündəlik geyim kimi hazırlanmış müxtəlif material və rənglərin cəsarətli eksperimentləri təşkil edir. Və nəhayət, brendin zəfər çələngi – “Mare”, yay və dəniz kolleksiyası. Bu kolleksiyanın özəlliyi istirahət üçün böyük seçimin olmasındadır: üzgüçü geyimləri, çəkələklər, əlvan pololar, futbolkalar, şortlar, donlar, yubkalar və s. Dəniz stilini sevənlər əlvan palitra və orijinal modellərə qətiyyən biganə qala bilməyəcəklər.

 

Əlaqə vasitələri

Üzeyir Hacıbəyov küç. 95G

(+994 12) 498 91 70; (+994 55) 209 38 11

www.marinayachting.it

 

Bizi sosyal mediyada izləyin