Elena Miro

“Elena Miro” qadın geyimləri istehsalında dünya liderlərindən olan məşhur italyan holdinqi “Miroglio Group"a daxildir və dünyada 130-a yaxın monobrend və 1100-dən çox multibrend mağazada satılır. Bu günkü gün “Elena Miro” böyük bədən qadın geyimlərində pret-a-porter səviyyəsində olan və öz kolleksiyasını “Milano Moda Donna” həftəsində ilkin olaraq nümayiş etdirən yeganə markadır.

Şirkət yarandığı ilk gündən eleqant və yetişkin qadın obrazını önə çıxarır. “Elena Miro” modaya uyğun kəsimləri və qadın cizgilərinin üstün cəhətlərini ön plana çıxaran siluetləri ilə qadınları istədikləri rəngi geyinməyə ruhlandırır.

“Elena Miro” qadınının fəlsəfəsi belədir: “Mən kütlədən kəskin seçilməyi sevmirəm, amma insanların yaddaşında qalmalıyam.

 

 

Əlaqə vasitələri

 Hüseyn Cavid pr. 40D

(+994 12) 538 42 81; (+994 55) 209 38 14

www.elenamiro.com/az/

 

Bizi sosyal mediyada izləyin