VIB Cardlar

VIB CARD-ın istifadə müddəti qeyri məhduddur.  Kart sahibinin etdiyi alış-verişlərin məbləği, onun kartının  balansına oturur və hər yeni güzəşt kartını (5%;10%;15% və 20%) əldə etdiyi gündən başlayaraq son 6 və ya 12 aya görə toplanır.

VIB CARD VIB şirkətinə məxsus mağazalardan birində, bir dəfəyə 200 AZN məbləğində alış-veriş etmiş müştəri üçün açılır. Müştəri 200 AZN alış-verişi təsdiq edən çeki kassirə və ya mağaza menecerinə təqdim edərək ona verilən müqaviləni doldurur və 5%-lik VIB CARD əldə edir. Bu zaman kartın müvafiq endirimi yerindəcə tətbiq olunur.

Alış-veriş zamanı VIB CARD hər zaman müştərinin yanında olmalıdır, əks halda müştəriyə endirim edilə bilməz və onun alış məbləği kartına əlavə oluna bilməz.

Birdəfəlik alış məbləği 700 AZN-dən 1499 AZN-dək olarsa müştəri birbaşa 10%-li güzəşt kartı əldə edir.

Birdəfəlik alış məbləği 1500 AZN-dən 3499 AZN-dək olarsa müştəri 15%-lik güzəşt kartı əldə edir.

Birdəfəlik alış məbləği  3500 AZN ondan çox olarsa müştəri 20% güzəşt kartı əldə edir.

Müştəri  5%-lik kartın açıldığı gündən ardıcıl 6 ay ərzində 1200 AZN və ya ardıcıl 12 ay ərzində ərzində 2000 AZN dəyərində alış-veriş edərsə 10%-lik endirim kartı əldə edir. 10%-lik endirim kartı açıldığı gündən son 6 ay ərzində 2500 AZN və ya son 12 ay ərzində 3500 AZN dəyərində alış-veriş edərsə, müştəri 15%-lik endirim kartı əldə edir. 15%-lik endirim kartı açıldığı gündən son 6 ay ərzində 4500 AZN və ya son 12 ay ərzində 5500 AZN dəyərində alış-veriş edərsə, müştəri 20%-lik endirim kartı əldə edir.

 

Bütün növ VIB CARD-lar doğum günündə müştəriyə 20% endirim imkanı verir.

Endirim və kampaniyalar dövründə VIB CARD endirimi keçərli deyil. Endirimlər dövründə müştəriyə endirimdən sonrakı qiymətlərlə edilmiş alış-veriş məbləğinə uyğun VİB CARD açılır və alış-veriş etdiyi məbləğ kartın balansına oturdulur. VIB CARD sahibləri üçün endirimlərdən 5 gün əvvəl qapalı endirim aksiyaları keçirilir. Şirkət VIB CARD sahibləri üçün xüsusi kampaniyalar keçirə bilər.

VIB CARD itirildiyi zaman birinci dəfə müştəriyə ödənişsiz yeni kart açılır. Müştəri ikinci dəfə yenidən kartının itirərsə 10 AZN ödəməklə və şəxsiyyət vəsiqəsini təqdim etməklə (güzəşt məbləğinə müvafiq) yeni kart əldə edir.

VİB şirkəti istənilən zaman bu müqavilənin şərtlərini dəyişmək hüququnu özündə saxlayır.

 

VIB CARD-larının endirim imkanı verdiyi mağazalar*:

 

*Qeyd: VIB CARD müştəriyə “İDEAL” parfumeriya və kosmetika mağazaları şəbəkəsində aşağıdakı endirim imkanını verir.

5% VIB CARD – 5% endirim                                10% VIB CARD – 10% endirim

15% VIB CARD – 15% endirim                           20% VIB CARD – 15% endirim